AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nəşri hazırlanır
17 Aprel 2020

“Plant & Fungal Research” Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun ingilis dilli oxucu üçün nəzərdə tutulmuş beynəlxalq elmi jurnalıdır. AMEA Biologiya və Tibb elmləri bölməsinin müvafiq institutları və təşkilatlarının əməkdaşları məqalə göndərməklə jurnalın uğurlu alınmasına öz töhfələrini verə bilərlər.
 
Jurnalda  botanika və mikologiyanın müxtəlif aspektlərinə aid, o cümlədən ümumi məsələlər, taksonomiya, floristika, bitkiçilik elmi, ekologiya, təkamül biologiyası, flora və bitkiçiliyin coğrafiyası və tarixi, habelə bitki və göbələklərin morfologiyası, anatomiyası, fiziologiyası, biokimyası, hüceyrə və molekulyar biologiyasının müxtəlif aspektlərinə töhfə verən məqalələr çap edilir.
 
Jurnal barədə ətraflı məlumatlarla (müəlliflər üçün qaydalar, etik qaydalar, çap olunmuş məqalələr və s.) və dərc edilmiş birinci nömrə ilə www.plantfungalres.az internet saytında tanış ola bilərsiniz.
 
2020-ci ilin iyun ayı üçün nəzərdə tutulan növbəti 4-cü nömrəsinin tərtibatı üzrə işlər davam etdirilir.
Həmkarlarımızı jurnalın istiqamətinə uyğun məqalələr göndərməyə dəvət edirik.