Azərbaycan Botaniklər Cəmiyyətinin “Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsinə məqalə qəbulu uzadılmışdır
01 İyul 2020

Azərbaycan Botaniklər Cəmiyyətinin “Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsinə məqalə qəbulu uzadılmışdır.

Bildiyiniz kimi, Azərbaycan Botaniklər Cəmiyyətinin “Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsinin hazırlanması işlərinə başlanılıb və bu nömrənin çapı iyul 2020-ci il üçün nəzərdə tutulmuşdur.

Müəlliflər üçün qaydalar AMEA Botanika İnstitutunun (https://botany.az/az/content/121) və  Azərbaycan Botaniklər Cəmiyyətinin internet səhifələrində  
(https://www.botanysociety.az/)  yerləşdirilib.

Botanikanın müxtəlif sahələrinə aid eksperimental tədqiqat işləri  üç dildə (azərbaycan, ingilis, rus) qəbul edilir. Müvafiq texniki tələblərə uyğun hazırlanmış məqalələr isə rəyə göndərilir və çapa hazırlanılır.

Diqqətinizə çatdırırıq ki, ölkədə COVİD19 pandemiyası ilə əlaqədar elan olunmuş karantin şəraitində kiçik yubanmaları nəzərə alaraq məqalə qəbulu üçün 10 iyul 2020-ci il son tarixinədək uzadılmışdır.