“Azerbaijan Journal of Botany” növbəti sayına məqalə qəbulu başlanır!
20 Oktyabr 2020

“Azerbaijan Journal of Botany” 22 oktyabr 2020-ci il tarixindən etibarən məqalə qəbuluna başlayır. Qaydalarla AMEA Botanika İnstitutunun internet saytında (botany.az) ABC üçün ayrılmış hissədə (https://botany.az/az/content/121) və ya ABC-nin internet saytında (botanysociety.az) “Sənədlər” bölməsinə (https://az.botanysociety.az/documents) daxil olmaqla tanış ola bilərsiniz.

Bir daha qeyd edək ki, məqalələr üç dildə (azərbaycan,inglis, rus) dillərində qəbul edilir.

Məqalə qəbulu 22 noyabr 2020-cu il tarixinədək davam edəcək.

 Azərbaycan Botaniklər Cəmiyyətinin Redaksiya Heyəti