ƏZİZ HƏMKARLAR!
10 Noyabr 2020

30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi uğrundakı şərəfli döyüşlərdə Azərbaycan xalqının iradəsi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun Vətən müharibəsindəki şanlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və davamlı rifah arzulayıram!

Son yüz illik tariximizə qızıl hərflərlə yazılacaq bu şanlı zəfər marşı xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılanır.
Əzəli Azərbaycan torpaqlarını işğaldan azad edərkən canından və qanından keçən şəhidlərimizə Allah rəhmət eləsin!

Uca Allah ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

 

       Validə Əlizadə