12 mart saat 12.00-da dissertasiya işinin müzakirəsi
12 Mart 2021

12 mart saat 12.00-da Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya Şurasının Elmi Seminarının onlayn iclası keçiriləcəkdir. İclasda iddiaçı İlhamə Akif qızı Mirzəliyevanın 2432.01 – Bioloji ehtiyatlar ixtisası üzrə “Dənli taxıl və paxlalı bitkilərin milli genetik ehtiyatları üzrə səciyyələndirmə məlumat bazalarının yaradılması və istifadəsi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müzakirə olunacaqdır.

Elmi Seminarın üzvü olmayan digər şəxslər aşağıdakı istinad mənbəyi (link) vasitəsilə Elmi Seminarın işini izləyə və suallar verə bilərlər: https://us02web.zoom.us/j/83620573711?pwd=bzNGSXVHcXZmM1JNcHlUKzIrQkVhUT09

 

Tədbirin identifikatoru: 836 2057 3711

Daxilolma kodu: 831121