Botanika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir.
11 Aprel 2022

AMEA-nın Botanika  İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 3  yer (qiyabi);

 

2406.02 – “Mikologiya” - 1 yer (qiyabi );

 

2430.01– “Bioloji ehtiyatları” - 1 yer (qiyabi);

 

2411.02- “Bitki fiziologiyası” – 1 yer (qiyabi);

 

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

 

2417.01 – “Botanika” – 1 yer

 

Sənədlər 5 aprel 2022-ci il tarixindən 5 may 2022-ci il tarixinə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Tel.: (+994 12) 502 40 53