“Xəlil Qasımov 80: biofiziki problemlərin həllinə həsr olunmuş ömür yolu” mövzusunda anım-xatirə tədbiri keçiriləcək
19 Aprel 2022

Hörmətli həmkarlar!

22 aprel 2022-ci il tarixində saat 15.00-da AMEA-nın müxbir üzvü, b.e.d., professor, görkəmli biofizik alim, ölkə və onun hüdudlarından kənarda tanınmış elm xadimi, qayğıkeş pedaqoq, 30 ilə yaxın bir müddət ərzində AMEA Botanika İnstitutunun “Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri” laboratoriyasına rəhbərlik etmiş mərhum Xəlil Məmmədəli oğlu Qasımovun 80 illiyi münasibətilə Elm günü çərçivəsində “Xəlil Qasımov 80: biofiziki problemlərin həllinə həsr olunmuş ömür yolu” mövzusunda anım-xatirə tədbiri keçiriləcəkdir.

Hibrid (əyani və onlayn) şəkildə həyata keçiriləcək bu tədbirə alimin əzizləri, həmkarları, tələbələri və bütün yaxınları dəvətlidirlər.  

 

Tədbirə aşağıdakı link vasitəsilə qoşulmaq olar:

https://us02web.zoom.us/j/9503222265?pwd=aXB4VmZWQ3QxcUIwTnVraGJoNncyQT09

İdentifikator: 950 322 2265
Kod: Botanika