27 may 2022-ci il tarixində saat 11:00-da AMEA Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Naxçıvan Dövlət Universitetinin dissertantı Samirə Fərman qızı Xudaverdiyevanın “Naxçıvan Muxtar Respublikası florasında yayılan Süddüyənkimilər (Euphorbiaceae juss.) fəsiləsi: bioekoloji xüsusiyyətləri, ehtiyatı və fitokimyəvi tərkibi" mövzusunda 2417.01 – “Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müzakirəyə qoşulmaq üçün link aşağıda verilir.