29 aprel 2024-cü il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında Gəncə Dövlət Universitetinin dissertantı Lilpar Nəsrəddin qızı Verdiyevanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın şimal-şərq hissəsinin qıjıkimilərinin (Pteridophyta) sistematikası və bioekoloji xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.