23 dekabr 2024-cü il tarixində saat 11-00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında AR ETN GDU-nin dissertantı Elanora Fərhad qızı Cavadovanın 2417.01 – Botanika ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Gəncəçay hövzəsinin flora biomüxtəlifliyi və inkişaf dinamikası” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.