26 dekabr 2024- cü il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun əyani doktorantı Şəbnəm Qədir qızı İsayevanın 2417.01 – Botanika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Şamaxı-Qobustan rayonunun palçıq vulkanlarının florası, bitkiliyi və bəzi növlərin palinologiyası" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.