AR ETN Botanika İnstitutu doktoranturaya qəbul elan edir
13 May 2025

AR ETN Botanika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün  doktorant hazırlığı üzrə  qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 7 yer (3 əyani, 4 qiyabi*);

2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

2411.02 - “Bitki fiziologiyası” – 1 yer (1 əyani);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2417.01– “Botanika” – 1 yer (qiyabi);

* Qeyd: Botanika ixtisası üzrə qiyabi - Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün 1 yer, Gəncə Dövlət Universiteti üçün 1 yer məqsədli ayrılmışdır.

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya sənəd qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vasitəsilə 13.05.2025-02.06.2025-ci il tarixlərində keçiriləcəkdir.

Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.