30 iyun 2025-ci il tarixində saat 1100- da AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya şurasının iclasında Ülkər Mahmud qızı Məmmədovanın 2417.01 - Botanika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikasının florasında yayılan pişikotukimilərin (Valerianaceae Batsch.) bioekoloji xüsusiyyətləri, ehtiyatı və bəzi növlərinin fitokimyəvi tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçiriləcəkdir.