İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Nazirlər Daimi Komitəsinin (COMSTECH) və AR ETN Botanika İnstitutunun birgə təşkilatçılığı ilə 30 avqust-07 sentyabr 2025-ci il tarixlərində Pakistanın İslamabad şəhərində “COMSTECH–Azərbaycan bitki mənşəli dərman və kosmetik məhsullar üzrə Botanika Seminarı” (COMSTECH–Azerbaijan Botanical Workshop Nature-Based Medicinal and Cosmetic Products) keçiriləcəkdir.
Seminarda AR ETN Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevanın rəhbərliyi ilə bu sahə üzrə təcrübəli azərbaycanlı alimlərin çıxışı olacaqdır.
Qeyd etmək lazımdır ki, seminar Təbabət və alternativ tibb sahələrindəki son nailiyyətləri müzakirə etmək üçün ekspertləri, tədqiqatçıları, tələbələri və magistrları, habelə nüfuzlu cəmiyyətlərin üzvlərini və biznes nümayəndələrini bir araya gətirmək məqsədi daşıyır, həmçinin Bitki Təbabəti, Naturopatiya, Homeopatiya və Kosmetika, yoqa və üzvi ekstraktlar kimi Təbabətin digər sahələrində müxtəlif mövzularda fikirləri, bilik və təcrübələri bölüşmək üçün bir platforma rolunu oynayacaq.