17 sentyabr 2025-ci il tarixində saat 15:00-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun dissertantı Elvin Hacı oğlu Kərimlinin 2432.01 - “Bioloji ehtiyatlar” ixtisası üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan florasında Asteraceae Giseke. və Apiaceae Lindl.” fəsilələrinin bəzi növlərinin fitokimyəvi tədqiqi və resurs potensialı” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.