III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi (IANCO25) keçiriləcək
07 Oktyabr 2025

Sizi 21-23 noyabr 2025-ci il tarixlərində AR ETN Botanika İnstitutunda keçiriləcək III Beynəlxalq Apiterapiya və Təbiət Konqresinə dəvət edirik.

III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi (IANCO25) Qaradəniz Texnik Universiteti, Naxçıvan Dövlət Universiteti, ETN Botanika İnstitutunun və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə hibrid formatda keçiriləcək.

2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Trabzonda keçirilən konqres apiterapiya və təbiətə əsaslanan elmlər sahəsində görkəmli tədqiqatçıları bir araya gətirmək, elmi müzakirələrə, əməkdaşlığa və yeni layihələrin inkişafına töhfə verməyi hədəfləyir.

IANCO25-də təqdim olunan bütün məqalələr ciddi ekspertiza əsasında qiymətləndiriləcək və qəbul edilən məqalələr “Konqres materialları” jurnalında dərc olunacaq. Seçilmiş tam mətn məqalələr rəydən sonra müxtəlif indekslərdə yer alan “Journal of Apitherapy and Nature” dərgisində çap ediləcək.

Bu elmi tədbirdə dünyanın müxtəlif ölkələrindən 50-dən çox elm adamının iştirakı gözlənilir.

Konqres haqqında ətraflı məlumatlarla https://ianco-congress.org/ saytından tanış ola bilərsiniz.