24 sentyabr 2025-ci il tarixində saat 13-30-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında ADAU-nun sabiq dissertantı Aygün Sahib qızı Sərdərovanın 2417.01 – Botanika ixtisası üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın dağlıq ərazisində yayılmış bəzi dərman bitkilərinin ex situ və in situ şəraitində ekoloji-anatomik tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.