Azərbaycan Elm Fondunun “Gənc Alimlər tərəfindən elmi tədqiqatların aparılması” (Gənc Alim və Tədqiqatçıların 10-cu qrant müsabiqəsi) qrant müsabiqəsi
19 Fevral 2026

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə 2026-cı ildə “Gənc Alimlər tərəfindən elmi tədqiqatların aparılması” (Gənc Alim və Tədqiqatçıların 10-cu qrant müsabiqəsi) qrant müsabiqəsini (AEF-GAT-10-2026-2(61)) aşağıdakı şərtlər daxilində

ELAN EDİR:

Layihələrin növləri və maliyyələşdirilmə həcmi:

  • Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri;
  • 75 000 manatadək maliyyə həcmli layihələr.

Müsabiqənin keçirilmə müddəti: 

Müsabiqədə iştirak etmək üçün layihələr e-QRANT sistemi ilə onlayn olaraq 2026-cı il 19 fevral tarixindən başlayaraq qəbul olunur;

Müsabiqədə iştirak etmək üçün layihələrin e-QRANT sistemi ilə qəbulunun son tarixi 09 aprel 2026-cı il saat 18:00-dır.

Çap versiyasının qəbulu üçün son tarix 10 aprel 2026-cı il saat 17.00-dır

https://aef.gov.az/az/grant/view/65