“Əsas Qrant Müsabiqəsi – 2026” aparıcı alimlərin rəhbərliyi ilə həyata keçirilən elmitədqiqat layihələrinin dəstəklənməsinə yönəlmiş genişmiqyaslı qrant proqramıdır. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqatların maliyyələşdirilməsi yolu ilə ölkədə elmi potensialın gücləndirilməsini, innovativ ideyaların inkişafını və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.
Proqram çərçivəsində həm perspektivli gənc alimlər, həm də öz sahəsində yüksək elmi nüfuza malik aparıcı tədqiqatçılar iştirak edə bilərlər. Məqsəd – elmi liderlik, multidissiplinar əməkdaşlıq və yüksək təsir gücünə malik nəticələrin əldə olunmasını təşviq etməkdir.
Qeyd olunanlara istinad edərək, Azərbaycan Elm Fondu 2026-cı ildə «Əsas Qrant Müsabiqəsi- 2026» (AEF-MGC-2026-1(60)) aşağıdakı şərtlər daxilində
ELAN EDİR:
Layihələrin növləri və maliyyələşdirilmə həcmi:
Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri;
300 000 manatadək maliyyə həcmli layihələr.
Müsabiqənin keçirilmə müddəti:
Müsabiqədə iştirak etmək üçün layihələr e-QRANT sistemi ilə onlayn olaraq 2026-cı il 19 fevral tarixindən başlayaraq qəbul olunur;
Müsabiqədə iştirak etmək üçün layihələrin e-QRANT sistemi ilə qəbulunun son tarixi 9 aprel 2026-cı il saat 18:00-dır.
Çap versiyasının qəbulu üçün son tarix 10 aprel 2026-cı il saat 17.00-dır.
https://aef.gov.az/az/grant/view/66