“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi elmi tədbir keçiriləcək
22 Aprel 2026

AR ETN Botanika İnstitutu PHŞ-də 7- 8 may 2026-cı il tarixində saat 9:00-da "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi elmi tədbir keçiriləcək.

Seminarın əsas məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan təbiətinin qorunması, ekoloji siyasətin formalaşdırılması və biomüxtəlifliyin mühafizəsi sahəsində göstərdiyi xidmətlərin işıqlandırılması, eyni zamanda gənc tədqiqatçıların bu istiqamətdə elmi fəaliyyətə cəlb edilməsidir.

 

 

 

 

Tədbirin istiqamətləri:

  • Azərbaycan təbiətinin mühafizəsi və davamlı inkişafı
  • Biomüxtəlifliyin qorunması problemləri
  • Ekoloji maarifləndirmə və təbiətə məsuliyyətli yanaşma
  • Müasir dövrdə ətraf mühit problemləri və onların həlli yolları

Tədbirdə alimlər, mütəxəssislər, doktorantlar, magistr və bakalavr tələbələri iştirak edə bilərlər.

Məkan:  Botanika İnstitutu (Azərbaycan Respublikası, Bakı ş., A. Abbaszadə küç.,giriş 99)

Qeydiyyat üçün forma

botanikakonfrans@gmail.com