AR ETN Botanika İnstitutu PHŞ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2026-cı il tarixli 320s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul” əmrinə əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2417.01 – “Botanika” – 3 yer (qiyabi);
2430.01- “Mikologiya”- 1 yer (qiyabi);
2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)
2411.02 - “Bitki fiziologiyası” – 1 yer (qiyabi);
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:
2417.01 – “Botanika” – 4 yer (2 əyani, 2 qiyabi);
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vasitəsilə 19.05.2026-08.06.2026-cı il tarixlərində keçiriləcəkdir.
Əlavə məlumat üçün institutun Elmi kadrların hazırlığı sektoruna müraciət edə bilərsiniz.