Sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir
24 İyul 2026

Hörmətli gənc tədqiqatçılar! Sizi 15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriləcək “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)”na dəvət etməkdən böyük məmnunluq duyuruq. Konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaqdır ki, bu da müxtəlif bölgələrdən və elmi istiqamətlərdən olan iştirakçıların bir araya gəlməsinə və gələcək əməkdaçlıqların qurulmasına geniş imkanlar yaradacaqdır.

Konfransa təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və rəy prosesindən keçiriləcək, etik prinsiplərə və akademik dürüstlüyə uyğunluğu yoxlanılacaqdır. Qəbul edilmiş materiallar konfransın rəsmi toplusunda nəşr olunacaq və bu, əldə olunmuş mühüm elmi nəticələrin yayılması və gələcək tədqiqatlar üçün əlçatanlığın təmin edilməsinə xidmət edəcəkdir.

Konfrans iştirakçıları sertifikat əldə etmək, elmi şəbəkələrini genişləndirmək, aparıcı alimlərlə ünsiyyət qurmaq və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar qazanmaq şansı əldə edəcəklər.

Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və qeydiyyat üçün:
https://konfrans.ndu.edu.az

Məqalə və ya tezislərinizi aşağıdakı link üzərindən göndərə bilərsiniz:

Konfransda iştirak ödənişsizdir.

Əlaqələndirici şəxs Çapay Quliyev - Magistratura və Doktorantura Mərkəzinin direktoru

[+994 51 325 11 11]

 Hörmətlə,

Təşkilat Komitəsi