| Fəaliyyət istiqamətləri | - Ağacların yaşının və artım dinamikasının təyini (illik halqaların ölçülməsi, artım sürətinin qiymətləndirilməsi, məhsuldarlığın proqnozlaşdırılması)
- İqlim dəyişikliklərinin rekonstruksiyası (temperatur və yağıntı dəyişkənliyinin halqalar üzrə analizi, quraqlıq indekslərinin hesablanması, ekstremal iqlim hadisələrinin müəyyənləşdirilməsi
- İllik halqalara əsasən stress faktorlarının müəyyən edilməsi (quraqlıq stresi, torpaq deqradasiyası, çirklənmə (antropogen) təsirləri, yanğın izlərinin aşkarlanması)
- Növlərarası və populyasiya daxilində müqayisəli analiz (müxtəlif genotiplərdə artımın iqlim dəyişkənliyinə həssaslıq səviyyəsi müqayisə edilərək genotiplərin adaptasiya potensialının qiymətləndirilməsi, introduksiya olunmuş növlərin uyğunlaşma səviyyəsinin müəyyənləşdirilməsi)
- Fitopatoloji analizlər (göbələk xəstəliklərinin identifikasiyası, bakterial və virus xəstəliklərinin diaqnostikası, laborator analizlər (mikroskopiya) və mübarizə tədbirlərinin hazırlanması)
- Entomoloji tədqiqatlar (meşə zərərvericilərinin müəyyən edilməsi, zərər dərəcəsinin qiymətləndirilməsi, bioloji mübarizə üsullarının hazırlanması)
- Bitkilərin abiotik stress amillərinə reaksiyasını qiymətləndirmək məqsədilə fizioloji vəziyyətinin monitorinqi (yarpaq su potensialı, stomatal keçiricilik, xlorofil miqdarı, fotosintez intensivliyi və s.)
- Erkən xəbərdarlıq sistemi (zərərverici və xəstəliklərin yayılma proqnozu, risk zonalarının xəritələşdirilməsi, meşə təsərrüfatı üçün tövsiyələrin hazırlanması)
|