Bu gün tanınmış biofizik alim, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri, Botanika İnstitutunun baş elmi işçisi, professor Xəlil Məmmədəli oğlu Qasımovun 75 yaşı tamam olur.
İnstitutun kollektivi adindan görkəmli biofizik alimi yubileyi münasibətilə təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.