Arxiv
Botanika İnstitutu tələbələr üçün marifləndirici seminar keçirilib
02.05.2017

     Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsi I kurs tələbələri Universitetdə tədris olunan “Ətraf mühitin iqtisadiyyatı” fənni üzrə öyrəndikləri bilikləri möhkəmləndirmək məqsədilə  AMEA Mərkəzi Nəbatat bağı və Botanika İnstitutunda olublar. MNB-nın doktorantı Aynur Ərəbzadə tələbələri Bağın canlı kolleksiyasına aid faydalı bitkilərlə əyani tanış edib.

     Botanika İnstitutunda doktorant Nigar Mürsəl tələbələrə faydalı bitkilər (dərman, aromatik, qida, boyaq və aşı maddəli bitkilər), onların arealları, ehtiyatı,  sənayedə və təbabətdə istifadəsi haqqında ətraflı məlumat verib.

     Sonda tələbələr doktorant Xanım Həsənovanın rəhbərliyi ilə Botanika muzeyini ziyarət ediblər.