Bu gün AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İnstututun direktoru, akademik Validə Əlizadə gündəlikdə duran məsələləri elan etdi. Şura üzvləri adından AMEA-nın müxbir üzvü İbrahim Əzizova 70-illik yubileyi münasibətilə təbrik ünvanladı.
İclasda biologiya üzrə fəlsəfə dərəcəsi almaq üçün müdafiə şurasına tövsiyə edilmiş 2 dissertasiya işi müzakirə edildi. Həmçinin, İnstitutun magistraturasına bu il qəbul olmuş magistirlərin elmi rəhbərləri və dissertasiya mövzuları təsdiq olundu.
Sonda əmək intizamı və digər məsələlərin müzakirəsi aparıldı.