Bu gün Botanika İnstitutunda “Tədqiqatçılar üçün elmi informasiya resursları” mövzusunda maarifləndirici seminar keçirilib.
AMEA Mərkəzi Nəbatat Bağı və Mikrobiologiya İnstitutunun əməkdaşlarının da iştirak etdiyi seminar AMEA ilə “Clarivate Analitics Web of Science” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Seminarda AR Təhsil Nazirliyinin əməkdaşı Aygün Babazadə çıxış edərək elmi-analitik informasiya platforması olan “Web of Science” sistemindən istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar barədə də əyani məlumat verib.
Sonda əməkdaşları maraqlandıran bütün suallara aydınlıq gətirilib.