Arxiv
Botanika İnstitutunun gənc mütəxəssisi Macarıstanın Unlu şeh göbələklərinə aid IV yay məktəbində iştirak edib
29.09.2017

     AMEA Botanika İnstitutunun gənc mütəxəssisi, k.e.i. Lamiyə Abbasova 9-13 sentyabr 2017-cil tarixində Macarıstanın Eger şəhərində keçirilən “Unlu şeh göbələklərinə aid IV yay məktəbində” (Powdery mildew summer school) iştirak edib (http://pmildewschool2017.uni-eszterhazy.hu/). Tədbir Eszterházy Károly Universitetinin (Eger, MAcarıstan), Macarıstan Elmlər Akademiyasının Kənd təsərrüfatı Mərkəzinin, Bitki Mühafizəsi İnstitutunun (Plant Protection Institute, Centre for Agricultural Research, Hungarian Academy of Sciences, Budapest) və Avstraliyanın Cənubi Queensland Universitetinin, Toxum Sağlamlığı Mərkəzinin (Centre for Crop Health, University of Southern Queensland, Toowoomba, Australia) birgə təşkilatçılığı ilə keçirilib.
     Müxtəlif ölkələrdən iştirak edən 40-a yaxın alim və doktorantlar üçün keçirilən kursda unlu şeh göbələklərinin morfologiyası, sistematikası və filogeniyası üzrə maraqlı mühazirələr təqdim olunub. Mühazirələr bu sahə üzrə görkəmli mütəxəssislər Dr. Levente Kiss, Prof. Dr. Susumu Takamatsu, Gerd Stammler, Gabor M. Kovács, Marie-Laure Desprez-Loustau, Ales Lebeda, Teruo Nonomura,  Michela Appiano rəhbərliyi ilə aparılıb. Könüllü iştirakçılar tərəfindən son illər çap olunmuş məqalələrin təqdimatı keçirilib.
     L.V.Abasova “First comprehensive phylohenetic analysis of Erysiphales. I Microsphaera lineage” (2015) adlı məqaləni təqdim edib. Unlu şehlərin klassik və müasir metodlarla molekulyar təyinatı, infeksiya dərəcəsinin kəmiyyət göstəricilərinin müəyyən edilməsi üzrə treyninqlər də təşkil edilib. Labaratoriya şəraitində işıq, flüorosens mikroskoplama üsullarından istifadə, eksperimentlərin qoyuluşu, təzə nümunələrdən DNT-nin ekstraksiyası, PSR və qPSR kimi müasir metodlar mənimsənilib.