Arxiv
Mərkəzi Nəbatat Bağının gənc alimi beynəlxalq təlim kursunda iştirak edib
09.10.2017

     Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri Fərid Seyfullayev 4-29 sentyabr  2017-ci il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində “Nəbatat bağlarının inkişafı və idarə edilməsi” IABG-2017 təlim kursunda iştirak edib.

     Asiyanın ölkələrindən (Azərbaycan, Hindistan, İndoneziya, Filippin, Kamboca, Laos, Banqladeş, Pakistan, Vetnam, Tacikistan, Özbəkistan) 11 mütəxəssisin iştirak etdiyi tədbir Beynəlxalq Nəbatat Bağları Cəmiyyəti tərəfindən Şanxay-Çenşan Nəbatat Bağında təşkil edilib.

     Təlimin təşkilində əsas məqsəd sürətli qlobal dəyişiklik dövründə Asiyanın inkişaf etməkdə olan ölkələri arasında nəbatat bağları şəbəkəsini gücləndirmək, peşəkar bacarıq və fikir mübadiləsini təşviq etmək olub.

     Kurs müddətində müxtəlif nəbatat bağlarının idarə edilməsi, dizaynı, marketinq strategiyası, tədqiqat aparılması və təhsil sisteminin qurulması kimi mövzularda mühazirələr dinlənilib. Həmçinin, Çinin Tianmun dağlarına 4 günlük ekspedisiya, Şanxay, Fair Lake, Kumin nəbatat bağlarına səfərlər təşkil edilib və bu müddətdə çöl işlərinin aparılması, herbari və toxum bankının idarə edilməsi, bağların dizayn olunması ilə bağlı praktiki məşğələlər keçirilib.

     F.Seyfullayev təlimdə Mərkəzi Nəbatat Bağının fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Sonda iştirakçılara sertifikat təqdim olunub.