Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində keçirilən “2016-cı ilin alimi” müsabiqəsinin 8 qalibindən biri AMEA Botanika İnstitutunun Bitkilərin fizioloji ekologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Esmira Əlirzayevadır.
E.Əlirzayeva 2016-cı ildə göstərdiyi uğurlu elmi fəaliyyəti, yüksək impakt faktorlu jurnallarda dərc olunmuş elmi məqalələri və elmi işlərinə istinad edilən alim kimi EİF tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilib və mükafatlandırılıb.
İnstitutun kollektivi adından alimi ürəkdən təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq!