Cənubi Koreya Respublikasının Çonbuk Dövlət Universitetinin meşəçi alimi, dosent Cuhyuk Kvon AMEA-nın Mərkəzi Nəbatat Bağının (MNB) qonağı olub.
MNB-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyevlə görüşdə qonağa bağın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Səfərinin əsas məqsədinin Qafqaz ölkələrinin bitki örtüyünü araşdırmaqdan ibarət olduğunu söyləyən C.Kvon təmsil etdiyi təşkilat və apardığı tədqiqatlar barədə danışıb.
Bağın canlı kolleksiyasını ziyarət edən C.Kvona Azərbaycanın meşə örtüyü və biomüxtəlifliyi haqqında ətraflı məlumat verilib. Koreyalı alim burada Azərbaycanın endem bitkiləri və təcrübə sahələrində aparılan elmi işlərlə tanış olub.