Arxiv
Botanika İnstitutunda polinoloji tədqiqatlar aparılacaq
04.12.2017

     AMEA Botanika İnstitutunun doktorantları Şəhla Mirzəyeva və Şəbnəm İsayeva Ukraynanın Kiyev şəhərində UMEA M. Q. Xolodnov adına Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.  Ezamiyyət çiçəkli bitkilərin sistematikası və floristikası, xüsusilə polenologiya və mikromorfologiyasının öyrənilməsi məqsədi ilə təşkil olunub.  

     Gənc mütəxəssislər ezamiyyət müddətində həmin İnstitutunun Mikromorfologiya və Paleopalinologiya laboratoriyasının müdiri, b.ü.e.d. Z. M. Simbalyukun rəhbəriliyi ilə bitki çiçəyinin tozcuq və sporlarınınn polenoloji analizlərinin aparılması üçün Wudhouse və Erdman metodlarının istifadəsini mənimsəyiblər.

     AMEA Botanika İnstitutu ilə UMEA M.Q. Xolodnov adına Botanika İnstitutu arasında bağlanmış razılaşma memorandumu çərçivəsində polenologiya (çiçəyin erkəkcik tozcuqlarının mikroskop səviyyədə müşahidəsi ilə bitkinin növünün təyinatı) istiqamətində tədqiqatların aparılması məqsədilə mütəxəssislərin təkmilləşdirilməsi nəzərdə tutulub.