Arxiv
Botanika İnstitutu fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul ELAN edir
16.01.2018

Azərbaycan Milli Elmlər Akademiyası

BOTANİKA İNSTİTUTU


2017-ci il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli 870s nömrəli sərəncamı ilə
təsdiq edilmiş Plana əsasən aşağıdakı ixtisaslarda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul ELAN edir

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya (dissertanturaya) sənədlər elan dərc olunduğu gündən bir ay müddətində (28.12.2017-28.01.2018) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Botanika İnstitutunun Təhsil şöbəsində (otaq №7) qəbul ediləcək. Qəbul qaydaları haqqında ətraflı məlumatı AMEA Botanika İnstitutu Təhsil şöbəsindən və rəsmi İnternet səhifəsindən (www.botany.az) əldə etmək olar.

Ünvan: Bakı, Badamdar yolu 40, AMEA Botanika İnstitutu Təhsil şöbəsi.

Telefon: (+99412) 502 40 53,  E-mail: tehsil.botanika@gmail.com