AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, 2018-ci ilin may-iyun aylarında akademiyada “Magistr-2018” müsabiqəsi keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.
Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer – 1500 manat;
II yer – 1000 manat;
III yer – 500 manat.
Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.
www.science.gov.az