Arxiv
Botanika İnstitutunun doktorantları Almaniyada “Ekofiziologiya” modulu üzrə təlim kursunda iştirak edib
20.02.2018

     AMEA Botanika İnstitutu və Goethe Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik Departamenti (Almaniya) arasında imzalanmış Memorandum  çərçivəsində Botanika İnstitutunda “Biomüxtəliflik və iqlim dəyişmələri” adlı beynəlxalq laboratoriya fəaliyyət göstərir. Müştərək proqram çərçivəsində İnstitutun doktorantları Nigar Mürsəl qızı və Aynurə Cəfərova 2 ay müddətində Frankfurt Universitetində “Ekologiya və Təkamül” programının “Ekofiziologiya” modulu üzrə təlim kursunda iştirak ediblər.

     İnstitutun professoru Dr. Wolfgang Brüggemann tərəfindən təşkil olunmuş kursun əsas məqsədi müxtəlif  iqlim amillərinin təsiri altında bitkilərdə baş verən fizioloji proseslərin araşdırılması üzrə nəzəri və praktiki məşğələlərdən ibarət olub.

     Kurs müddətində iştirakçılar istilik və quraqlıq stressi zamanı bitkilərdə zülal və karbohidrat səciyyəsində, fotosintez prosesində baş verən dəyişikliklərin tədqiqi metodlarına (RNT ekstraksiyası, gel elektroforez, PAM, PEA, FluorCamm və s.) yiyələniblər.

     N.Mürsəl qızı və A.Cəfərova kurs müddətində apardıqları tədqiqatlar üzrə əldə etdikləri nəticələrə dair təqdimatla çıxış edib və sertifikata layiq görülüblər.