Arxiv
AMEA Botanika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib
26.02.2018

     AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 26-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

     Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb..

     İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırım kimi qəbul edib

     Tədbirdə Soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.