Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 6 aprel 2018-ci il tarixində işıq üzü görüb.
Qəzetdə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 11 aprel prezident seçkiləri ilə bağlı toplantı, Geologiya və Geofizika İnstitunun Elmi Şurasının iclası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans, Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində baş tutan seminar-məşğələ, Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə akademiya əməkdaşlarının tibbi müayinədən keçməsi və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.
Bundan əlavə, yeni sayda "Nəhəng işlərin təsiri altında", "Elm tarixinin öyrənilməsində danılmaz rolu olan alim", "Tariximiz - taleyimiz", "Şərəfli ömür yaşamış alim", "Dialektoloji atlasın təqdimatı" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.
Qəzetdə, həmçinin «В президиуме Академии наук», «В легендарном городе нефтяников», «Заседание бюро Отделения общественных наук», «Актуальная проблема», «Создатель реактивного топлива», «На гребне политической волны», «Одно большое пепелище», «Таинственные явления, которые наука не может объяснить» və s. kimi məqalələr də yer alıb.
www.science.gov.az