Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağının nümayəndə heyəti AMEA Mərkəzi Nəbatat Bağında olub. Görüşdə Bağın direktoru, b.ü.f.d. Vahid Fərzəliyev qonaqlara qurumun elmi tədqiqat istiqamətləri, canlı kolleksiyalarının zənginləşdirilməsi istiqamətində aparılan işlər və kadr hazırlığı haqqında məlumat verib, həmçinin, elmi əməkdaşlığın genişləndirməsi imkanları müzakirə edilib.
Tərəflər qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalayıb. Razılaşma memorandumunu Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının direktoru b.ü.f.d. Akjunis İmanbayeva və Nəbatat Bağının direktoru, b.ü.f.d. Vahid Fərzəliyev imzalayıb. Razılaşmaya əsasən tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.
Səfər müddətində qonaqlar AMEA Lənkəran Regional Elmi Mərkəzini də ziyarət ediblər. Mərkəzin direktoru a.e.ü.e.d., professor Fərman Quliyev onları subtropik bitkiçilik sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış edib.