Arxiv
Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunub
07.05.2018

       Bu gün AMEA  Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.

       Tədbiri İnstitututun direktoru, akademik Validə Əlizadə açaraq ulu öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. V.Əlizadə “Heydər Əliyev məqsədyönlü siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmuşdur. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.”

        İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi etmişdir. O, siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmışdır.

       Tədbirdə b.ü.e.d., professor Səyyarə İbadullayeva, b.ü.e.d., AMEA-nın professoru Dilzara Ağayeva, b.ü.f.d., dosent Rəşad Səlimov və ümumi işlər üzrə direktor müavini İmran Babayev ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və fenomenal siyasi bacarığından danışıblar. 

       Sonda Heydər Əliyevin həyatından bəhs edən video-çarx nümayiş olunub.