2018/2019-cu tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış);
- 4 ədəd fotoşəkil (3×4 sm).
Qeydiyyat 2018-ci il iyun ayının 28-dən iyul ayının 11-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150) aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Tel.: (+994 12) 537 23 97, 539 20 35.