AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutunun direktoru, prof. Cian Paola Akkotto tərəfindən qarşılıqlı əməkdaşlıq dair Müqavilə imzalanıb. Əməkdaşlıq çərçivəsində bitki müxtəlifliyinin və ekosistemlərin mühafizəsinə yönəldilmiş istiqamətlər botanika elminin inkişafı üçün geniş imkanlar açır. Müqaviləyə əsasən tərəflər arasında ekofiziologiya, bitki/ətraf mühit qarşılıqlı münasibətlər, bitki mühafizəsi üzrə birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi nəzərdə tutulur.