AMEA Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri Yusif Abiyev Çin Xalq Respublikasında keçirilən “Botanika bağlarının inkişafı və idarəedilməsi” adlı beynəlxalq təlim kursunda iştirak etmişdir.
Beynəlxalq Botanika Bağları Assossasiyası, Çinin Elm və Texnologiya Nazirliyi və Şanxay Çensan Botanika Bağı tərəfindən təşkil edilən kurs nəzəri və praktiki hissədən ibarət olmaqla 20 gün müddətində davam etmişdir.
İnkişaf etməkdə olan ölkələrdə botanika bağlarının inkişafına dəstək məqsədi ilə təşkil olunmuş kursda mühazirələrlə yanaşı, Tianmu dağı, Çensan, Şanxay və Hangzou Botanika Bağlarına, Şanxay Təbii Tarix Muzeyinə, Fangta və Zuibaiçi Tarixi Milli Parklarına, Herbari fonduna, Toxum bankına, Bitki Elmləri Tədqiqat Mərkəzinə ekspedisiyalar həyata keçirilmişdir.
Həmçinin, Asiya ölkələrinin mədəniyyətinin tanıdılması və qarşılıqlı əlaqənin yaradılması məqsədi ilə Şanxay şəhərində təşkil olunmuş Beynəlxalq Etnobotanika Sərgisində Y.Abiyev “Azərbaycan xalqının mədəni həyatında bitkilərin istifadəsi” mövzusu ilə çıxış etmişdir.