AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar 28 sentyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda AMEA Botanika İnstitutu doktorantı A.Zeynalova “Состав и содержание фенольных кислот в соке плодов и цветках Punica granatum L.” və magistrantı N. Əminli “Qax və Zaqatala rayonlarında yayılmış Asteraceae Dumort. fəsiləsinin invaziv növləri” adlı mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə ADAU ilə yanaşı, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Neft-Qaz İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bakı Dövlət Universitetini təmsil edən 50-dən çox gənc tədqiqatçının məruzəsi dinlənilənilib və geniş elmi müzakirələr aparılıb.