Hər həftənin 5-ci günü Akademiya şəhərciyində AMEA-nın əməkdaşları üçün kənd təsərrüfatı və digər ərzaq məhsullarının ənənəvi satış yarmarkası təşkil olunacaq.
Yarmarkada alıcılara müxtəlif ərzaq və kənd təsərrüfatı malları bazardakı qiymətindən 20-30 faiz ucuz təklif edilir.
Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən satışa 30-a yaxın çeşiddə məhsul çıxarılacaq.
Yarmarka süni qiymət artımının qarşısının alınması, eləcə də AMEA əməkdaşlarının çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəmək məqsədi daşıyır.