Arxiv
AMEA Botanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının iclası keçirildi
26.10.2018

     AMEA Botanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının növbəti iclası keçirildi.

     İclası İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri  Aidə İbrahimova açaraq gündəlikdə duran məsələləri gənclərin diqqətinə çatdırdı. Gənc alim və mütəxəssislərin 2018-ci il üzrə illik fəaliyyət hesabatları, GAMŞ-nın fəaliyyət planına uyğun olaraq növbəti elmi seminarların təşkili və s. məsələlər müzakirə edildi. İclasda GAMŞ idarə heyətinin tərkibi İnstitutda təhsil alan magistrlar da əlavə olunmaqla yenidən müəyyənləşdirildi. Səsvermə yolu ilə doktorant Nigar Mürsəl qızı idarə heyətinə sədr müavini, magistr namizədlərindən isə Əsmayə Zeynalova üzv seçildi.