AMEA-nın Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2017-2018 akademik ili üçün elan etdiyi "Fulbright" proqramının qalibi olub və 3 ay ərzində Minnesota Universitetində tədqiqatlar aparıb.
O, universitetin Coğrafiya Departamentinin Dendroxronologiya laboratoriyasında "İqlim dəyişikliklərinin Azərbaycanın qaraçöhrə və palıd meşələrinə təsiri"ni araşdırıb.
Tədqiqat müddətində F.Seyfullayev həm departamentin təşkil etdiyi mühazirələrdə, həm də universitetin gənc alimlər üçün hazırladığı müxtəlif mövzulu seminarlarda iştirak edib.
Səfərin sonunda F.Seyfullayevin araşdırma apardığı laboratoriya ilə aparılan tədqiqatların əlaqələndirilməsi, birgə qrantlarda iştirak məsələləri müzakirə olunub və ilkin razılığa gəlinib.
http://science.gov.az