Arxiv
Azərbaycan ilə İsrail arasında elmi əməkdaşlıq əlaqələri genişlənir
23.01.2019

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev İsraildə elmi ezamiyyətdədir. Məqsəd İsrailin Tel-Əviv şəhərində keçiriləcək Azərbaycan-İsrail Birgə Komissiyasının iclasında iştirak etməkdir.

     Səfər çərçivəsində akademik İ.Quliyev Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə İsrail Milli Elmlər Akademiyasında görüş keçirib.

     Görüşdə iki ölkənin elmi müəssisələri və ali məktəbləri arasında əlaqələr, həmçinin elmin müvafiq sahələrində əməkdaşlığın genişləndirilməsi və perspektivlər müzakirə olunub.

     Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, dosent Vazeh Əskərov da iştirak ediblər.

     Səfər yanvarın 24-də başa çatacaq.

http://science.gov.az/