Arxiv
"Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçiriləcək
28.01.2019

     5 fevral 2019-cu il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə "Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

     2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarından, respublikanın ali məktəblərindən və Kənd Təsərrüfatı Nazirliyinin sahə institutlarından yaşı 35-ə qədər olan 40 yaxın nümayəndə iştirak edəcək.

     Konfransda maraq doğuran və biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələrin mükafatlandırılması nəzərdə tutulub.

     Ünvan: Bakı ş., Mikayıl Müşfiq 103.