Bu gün AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Təhsil şöbəsi tərəfində Müdafiə şurasına 3 nəfər biologiya üzrə elmlər doktoru 6 nəfər fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertanturaya sənədi təqdim edilmiş iddiaçıların mövzuları müzakirə olundu. Şöbə və laboratoriyalar üzrə 2019-cu il üçün mövzu planı təsdiqləndi.
Həmçinin, “Horizon 2020”, “Avropa Tədqiqat Şurası” və “Skladovskaya Küri” beynəlxalq təqaud proqramı haqqında məlumat verildi.
Sonda əmək intizamı və digər məsələlərin müzakirəsi aparıldı.