Botanika İnstitutunda Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirilib. Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və meşəçilik, dəniz və daxili su hövzələri tədqiqatları və bioiqtisadiyyat istiqaməti üzrə milli əlaqələndirici şəxs Ferid Seyfullayev "Horizon 2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verib.Əyani olaraq Horizon 2020 veb səhifəsində qeydiyyatdan keçmək, çağırışların tapılması və partnyor axtarışı necə aparılmasını göstərib.
Daha sonra Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov "Horizon 2020" üzrə qalib layihəsi barədə danışaraq təcrübələrini bölüşüb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.